voicepress.az

SON DƏQİQƏ

“Paşinyanın son bəyanatları bizim xeyrimizədir” - Polkovnik-leytenant

12-08-2019, 09:20

“Paşinyanın son bəyanatları bizim xeyrimizədir” - Polkovnik-leytenant

“Paşinyanın Xankəndindəki mitinqdə verdiyi son bəyanatlar bizi nə qədər hiddətləndirsə də, Qarabağın Ermənistana faktiki birləşdirilməsi 27 il əvvəl, Şuşanın və Laçının süqutu ilə baş verib”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram söyləyib. Onun sözlərinə görə, hazırda Qarabağ Paşinyana və "erməni inqlabına" qarşı əks-inqlab mərkəzidir:

“Paşinyan hakimiyətini qorumaq üçün rəqiblərini zəiflətməyə və Qarabağı öz siyasi təsirinə almağa çalışır. Onun sözləri, Qarabağda 2020-ci ildə keçiriləcək "prezident seçkiləri" kontekstində siyasi rəqiblərinə- Qarabağ klanına və onu dəstəkləyən Qarabağ ermənilərinə ünvanlanıb. Paşinyandan əvvəl "Sasna Srer" qruplaşması, "Qarabağ Ermənistanın əyalətidir!" sloqanı ilə Qarabağa avtoyürüş etmişdi. Bu şuarı Qarabağ erməniləri özlərinə təhqir hesab edib, etirazlar etmişdilər”.

Nazim Bayram deyir ki, Qarabağ nizamlanması baxımından Paşinyanın bu qəbildən bəyanatları Azərbaycanın xeyrinədir:

“Bütün dünya görür ki, Paşinyan son razılaşmaların üstündən xətt çəkir və danışıqlar ermənilərin təqsirindən dalana dirənir.

Azərbaycan genişmiqyaslı müharibə edə bilmirsə, erməni dövlət başçısının və yüksək rəsmilərinin sərsəm bəyanatlarına cavab olaraq, düşmənə lokal zərbələr endirə bilər. Bunun üçün əlverişli beynəlxalq şərait gözləməyə ehtiyac yoxdur. Hazırda atəşkəs gündə 18-20 dəfə pozulur. Erməni liderlərinin bu cür bəyanatları fonunda düşmənin atdığı bir gülləyə minaatan batareyamızın yaylım atəşi ən məntiqli və adekvat cavab olardı.
İstisna etmirəm ki, hökümət düşünür, hərbi zərbələrimiz Qarabağ klanını gücləndirə bilər, ona görə belə cavab məqsədəuyğun deyil. Lakin düşmən düşərgəsində çəkişmələrin dərinləşməsi üçün bizə onun daxili müxalifətinin güclənməsi sərf edir. Bundan başqa, hərbi əməliyyatlar başlasa, onsuz da Paşinyanın döyüşəsi komandası, ona sadiq hərbi kadrları yoxdur, Qarabağda yenə köhnə separatçı liderlər gerçək hakimiyəti ələ alacaqlar.

Hələlik, daha əlverişli məqamı gözləməklə təşəbbüsü əldən veririk, proseslərin gedişatını və ab-havanı düşmən diktə edir”.
















VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 174
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter