voicepress.az

SON DƏQİQƏ

Ermənilər Gürcüstan polisinə hücum etdi

6-06-2019, 22:00

Ermənilər Gürcüstan polisinə hücum etdi

Gürcüstanın Axalkalaki rayonunda patrul polisi və yerli erməni sakinlər arasında qarşıdurma baş verib.

VOİCEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, insidentə səbəb patrul polisinin yol hərəkəti qaydalarını pozan sürücünü saxlaması olub.

Sürücü ilə bağlı inzibati cərimə yazılarkən, bir neçə yerli sakin patrul polisi əməkdaşlarına müqavimət göstərib.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Axalkalakidə baş vermiş qarşıdurma zamanı kənd sakinləri patrul polis əməkdaşlarını təhqir ediblər, sonra isə fiziki müqavimət göstəriblər. Nəticədə iki nəfər polisə qarşı müqavimət və xırda xuliqanlığa görə saxlanılıb. Saxlanılan şəxslər polis bölməsinə aparılıb. Həmin şəxslərdən biri Меxak Хаçаtryan təzyiqində yaranmış problemlə bağlı xəstəxanaya çatdırılıb.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 955
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter