voicepress.az

SON DƏQİQƏ

Yerevanda Paşinyana qarşı etirazlar - həbslər var

1-06-2019, 15:25

Yerevanda Paşinyana qarşı etirazlar - həbslər var

Ermənistanda fəaliyyət göstərən "Adekvad" ictimai təşkilatının üzvləri bu gün baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər.

VOICEPRESS.AZ -ın xəbərinə görə, aksiyanın gedişi səhər saatlarında təşkilatın Facebook səhifəsində yayımlanıb.

Etiraz edənlər Yerevanın və 12 başqa şəhərin mərkəzi küçələrində əllərində "SutNikol" (Yalançı Nikol) yazılmış plakatlar tutublar.

"Biz bugünkü aksiyamızı Paşinyanın ad günü şərəfinə (1 iyunda Ermənistanın baş naziri 44 yaşını qeyd edir)", "Yalanın doğuluşu" adlandırırıq, - deyə təşkilatçılar qeyd ediblər.

Təşkilatçılar daha sonra bildiriblər ki, aksiyalarda 80 nəfər iştirak edib və onlardan 29-u saxlanılıb.









VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 399
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter