voicepress.az

SON DƏQİQƏ

Erməni nazir Lavrovla danışdı, təcili yardım çağırmalı oldular

25-05-2019, 13:06

Erməni nazir Lavrovla danışdı, təcili yardım çağırmalı oldular

Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon söhbətindən sonra Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyanın halı gözlənilmədən pisləşib.

Bu haqda Ermənistan KİV məlumat yayılıb.

İnsident ötən həftə baş verib. Ermənistanlı diplomatın halının dəyişməsi ilə əlaqədar XİN əməkdaşları təcili tibbi yardım çağırmalı olub.

Nazirliyə gələn həkimlər tibbi yardım göstərib. Məlum olub ki, Lavrovla söhbətindən sonra erməni nazirin arterial təzyiqi kəskin şəkildə qalxıb.

KİV-də verilən xəbərlərə görə, Rusiya və Ermənistan XİN-i arasında olduqca gərgin telefon söhbəti olub.

“Telefon söhbətinin digər təfsilatları məlum olmasa da, söhbətin nazirin arzu etdiyi şəkildə getmədiyi aydındır”, - deyə erməni mediası yazır.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 830
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter