voicepress.az

SON DƏQİQƏ

Sarkisyan Şuşanı necə işğal etdiklərindən DANIŞDI

10-05-2019, 17:09

Sarkisyan Şuşanı necə işğal etdiklərindən DANIŞDI

“Mən hər dəfə Şuşanın ələ keçirilməsi barədə söz düşəndə general Valeri Çitçyanın mayın 9-u səhər saat 5:15 radələrində rusca təkrarladığı “düşməni görmürəm” sözləri yadıma düşür”.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ölkənin İctimai Televiziyasına açıqlamasında deyib:

“O, həmin sözləri ikinci dəfə təkrar edəndə anladım ki, Şuşa alınıb. Şəhərə hücum 4 istiqamətdə inkişaf edirdi. Bu əməliyyatın uğurla başa çatmasının bir səbəbi də 3 ay əvvəl Daşaltı uğrunda döyüş zamanı itki versək də, azərbaycanlıların ən döyüşkən dəstələrini məhv etməyimiz idi. Həmin döyüşdən sonra Azərbaycanda məhkəmə prosesləri keçirilmiş, bəzi şəxslər cəzalandırılmışdı. İkinci mühüm amil isə Azərbaycandakı daxili siyasi proseslər, çəkişmələr idi. Bu amil bizim xeyrimizə oldu".

Sarkisyan Şuşanın işğalında Robert Koçaryanın və öz rolundan da danışıb:

""Dağlarda döyüş" əməliyyatına təkcə könüllülər cəlb olunmamışdı, bütün siyasi rəhbərliyimiz də Şuşanın alınması üçün səfərbər olunmuşdu. Qarabağın lideri Robert Koçaryan əlində silah Laçın istiqamətində adi əsgər kimi döyüşürdü. Bako Saakyan bölük komandiri idi. Əməliyyatın koordinasiyasına mən rəhbərlik edirdim. Amma mən də Robert Koaçryana və Vazgen Sarkisyana hesabat verməli idim".

Serj Sarkisyan etiraf edib ki, Şuşa alınmasaydı, Dağlıq Qarabağdakı separatçı hərəkat qısa müddətdə heçə enəcəkdi...









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 575
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter