voicepress.az

SON DƏQİQƏ

Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”

4-03-2019, 14:45

Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”

Ermənistanın sabiq prezidenti Robert Koçaryan həbsxanadan yazılı müsahibə verib.

VOİCEPRESS.AZ 168.am saytına istinadən xəbər verir ki, müsahibəsi zamanı Koçaryan Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsində və iqtisadi sahədə planlarını kəskin tənqid edib.

“Paşinyan müxtəlif vasitələrlə maskalansa da, Qarabağla bağlı danışıqlar gedir. Şübhə doğuran danışlıqların getməsi deyil, Paşinyanın bu danışıqlardan məsafədə durmağa çalışmasıdır. Cəmiyyət hakimiyyətin Qarabağla bağlı mövqeyini bilmir və bu, narahatlıq doğurur. Mövqe formalaşmadan necə uğurlu danışıqlar aparmaq olar? Danışıqlar vaxt keçirmək üçün görüş deyil, əldə olunmuş uğurların rəsmiləşdirilməsidir. Qarabağ münaqişəsi ilə bağlı bəzi çox vacib detallar var ki, onları danışıqlar başlamadan müəyyənləşdirmək lazımdır”.

Koçaryan Azərbaycan prezidenti İlham Əliyevin Nikol Paşinyanı danışıqlarda məğlub etdiyini də bildirib.

“Aydındır ki, Əliyev Paşinyanı Qarabağ danışıqlarında asanlıqla məğlub edib. Düşənbədə liftdə aparılan danışıqlar bizim üçün sərfəli Vyana və Sankt-Peterburq razılaşmalarını yox elədi. Bu, çox böyük səhv idi. Ermənistan həm Azərbaycanda, həm də Minsk qrupunda danışıqlar prosesi ilə bağlı böyük güzəşt gözləntisi yaradıb. Buna görə düşünürəm ki, Minsk qrupunun növbəti təklifi bizim üçün sərfəli olmayacaq”.

Robert Koçarayan Paşinyan hakimiyyətinin payızda ciddi siyasi etirazlarla üzləşəcəyini də proqnozlaşdırıb.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 549
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter