voicepress.az

SON DƏQİQƏ

Sarkisyanla Ohanyan üzləşdirildi - Keçmiş nazir özünü pis hiss etdi

26-02-2019, 13:05

Sarkisyanla Ohanyan üzləşdirildi - Keçmiş nazir özünü pis hiss etdi

Ermənistan İstintaq Xidmətində sabiq prezident Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın üzləşdirilməsi həyata keçirilib.

VOİCEPRESS.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, üzləşdirmə 2008-ci il 1 mart hadisələrinə görə yox, Mehri istiqamətində yerləşən dəmiryolu xəttinin relslərinin satılması ilə bağlı olub.

“Seyran Ohanyan ilkin ifadəsində bu addımın Sarkisyanın əmri ilə icra edildiyini deyib. Amma üzləşdirmə zamanı vəziyyət dəyişib. Ohanyan narahatlıq keçirib və üzünü qaldıraraq keçmiş prezidentin gözlərinə baxa bilməyib. Müstəntiqin relslərin kimin əmri ilə çıxarılaraq satılması barədə sualına cavab olaraq isə ilkin ifadəsindən imtina edib”- deyə “Qrapark” qəzeti öz mənbəsinə istinadən xəbər verib.

Sarkisyan isə Mehridə dəmir yolu xəttinin sökülməsi barədə göstəriş vermədiyini, amma prosesdən xəbərdar olduğunu etiraf edib. O, satışdan əldə edilən gəlirin ordunun ehtiyaclarına xərcləndiyini bildirib.











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 614
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter