voicepress.az

SON DƏQİQƏ

Paşinyan: "Ermənistanda nazirliklərin sayı azalacaq"

17-01-2019, 13:41

Paşinyan: "Ermənistanda nazirliklərin sayı azalacaq"

"Ermənistan hökumətində nazirliklərin sayı azalacaq".

VOİCEPRESS.AZ Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hökumətinin iclasında Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin tam işləməsi üçün qısa zamanda hökumətin üçdə ikisi formalaşdırılacaq. Qalan nazirlər isə yeni hökumətin strukturu dəqiqləşəndən sonra təyin ediləcək.

Ermənistan hökumətində nazirliklərin sayının 17-dən 12-yə endiriləcəyi gözlənilir.

Qeyd edək ki, Nikol Paşinyan Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən yanvarın 14-də baş nazir təyin edilib. O, büdcə vəsaitlərinə qənaət etmək üçün təkidlə nazirliklərin azalmasını istəyir.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 413
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter