voicepress.az

SON DƏQİQƏ

Yerevanda azğın general Manvel Qriqoryanın həbsini TƏLƏB ETDİLƏR

15-01-2019, 09:20

Ermənsitanda Qarabağ müharibəsi veteranlarından ibarət olan “Yerkrapa” yarımhərbi təşkilatın rəhbəri, Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törədərək “Artsax qəhrəmanı” adı almış general Manvel Qriqoryanın həbsini tələb edən insanlar etiraz aksiyasl keçiriblər.

VOİCEPRESS.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki. etirazçılar baş nazir Nikol Paşinyanla görüşmək istədiklərini bəyan ediblər. Bu barədə mitinq təşkilatçılarından biri olan Civan Abrahamyan jurnalistlərə bildirib.

"Nikol Paşinyandan başqa biz heç bir hakimiyyət nümayəndəsi ilə görüşmək istəmirik. Cənab Paşinyan, üç gün ərzində qrupumuzun sizinlə görüşünə şərait yaradın. Bizim sizə söyləyəcəyimiz şeylər var!”, deyən Civan Abrahamyan əhalini itaətsizlik hərəkətlərinə başlamağa çağırıb.

Xatırladaq ki, Ermənistanı 20 il idarə etmiş Qarabağ klanının əsas dayaqlarından biri olan Manvel Qriqoryan 2018-ci ilin dekabrında həbsdən azadlığa buraxılıb. General Manvel Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunurdu.

M.Qriqoryanın hazırda Dağlıq Qarabağda olduğu iddia olunur.

Manvel Qriqoryan azərbaycanlılara qarşı nifrəti ilə seçilir. O, 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri kimi aktiv iştirak edib

M.Qriqoryan mətbuata müsahibələrinin birində Qarabağ müharibəsində əsir və girov götürdükləri yüzlərlə azərbaycanlıdan bir neçəsini dörd il evində qul kimi saxladığını etiraf etmişdi...










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 949
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter