voicepress.az

SON DƏQİQƏ

Paşinyana 3 gün vaxt verildi

15-01-2019, 06:39

Qarabağda çoxsaylı cinayətlər törədən “Yerkrapa” könüllülər ittifaqının rəhbəri Manvel Qriqoryanın yenidən həbs olunmasını tələb edənlər növbəti bəyanatlarla çıxış ediblər. VOICEPRESS.AZ erməni mediasına istinadən xəbər verir ki, davamlı aksiya keçirən şəxslər baş nazir Nikol Paşinyanla görüşmək istəyir. Onların tələbləri barədə mətbuata aksiyanın təşkilatçılarından biri, Djivan Abramyan bildirib.

“Nikol Paşinyandan başqa hakimiyyət nümayəndələrindən heç kimlə görüşmək istəmirik. Cənab Paşinyan, elə edin ki, üç gün ərzində bizim qrup sizinlə görüşsün. Bizim sizə sözümüz var”,-Abramyan bildirib.

O, növbəti aksiyanın da anonsunu verib. Deyib ki, növbəti yürüş Arşakunyants prospekti istiqamətində ola bilər. Abramyan prospektdə hərəkətin dayandırılmasını da istisna etməyib.

Xatırladaq ki, N.Paşinyana ultimatumla çıxış edən aksiya iştirakçıları M.Qriqoryanın həbsini tələb edirlər.

Onu da qeyd edək ki, M.Qriqoryanın hazırda Dağlıq Qarabağda olduğu iddia olunur.










VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 872
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter