voicepress.az

SON DƏQİQƏ

Robert Koçaryanın girov müqabilində azad edilməsinə dair məhkəmə istintaqı təxirə salınıb

28-12-2018, 20:14

Ermənistan Apellyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın girov müqabilində azad edilməsinə dair məhkəmə istintaqını təxirə salıb.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bunu R.Koçaryanın vəkili Aram Orbalyan jurnalistlərə bildirib.

“İstintaq qurumlarımız çox məşğul olduqlarından iş vaxtı başa çatandan sonra çalışmağın mümkün olmadığı qənaətinə gəliblər. Onların tələbi ilə məhkəmə Koçaryanın girov müqabilində azad edilməsi tələbinə dair dinləməni yanvarın 9-dək təxirə salıb”, - A.Orbalyan bildirib.

Xatırladaq ki, dekabrın 7-də Ermənistan Apellyasiya Məhkəməsi 2008-ci ildə konstitusiya quruluşuna qəsd etməkdə ittiham olunan sabiq dövlət başçısı barəsində həbs qəti imkan tədbiri seçən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı. Elə həmin gün R.Koçaryan icraçılara zəhmət verməmək üçün Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına özü gəlmişdi.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 833
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter