voicepress.az

SON DƏQİQƏ

Sərkisyanın əsas adamı Paşinyanla görüşə getdi

27-08-2018, 14:52

Ermənistan parlamentinin spikeri Ara Babloyan Ermənistan Nazirlər Kabinetinin binasına gəlib.

VOİCEPRESS.AZ xəbər verir ki, “Sputnik Ermənistan” Babloyanın burada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdüyünü yazıb. Hələlik görüşdə nələrin müzakirə edildiyi açıqlanmayıb.

Qeyd edək ki, Babloyan Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsidir. O, Serj Sərkisyanın hakimiyyəti dönəmində partiyanın əsas dayaqlarından biri olub.

Bundan öncə Babloyan Paşinyanı sərt şəkildə tənqid edərək, ondan deputatlara qarşı təzyiqləri dayandırmasını tələb edib. Paşinyan isə ona cavabında heç bir təzyiq göstərmədiyini və Babloyanın Ermənistanın yeni reallıqları ilə barışması gərəkdiyini deyib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 764
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter