voicepress.az

SON DƏQİQƏ

Ermənistanda seçki tarixi bəlli oldu

18-08-2018, 13:25

İrəvanın Ağsaqqallar Şurasına (Şəhər Şurası) seçkilər sentyabrın 23-də baş tutacaq.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan danışıb.

Məlumata görə, avqustun 29-na qədər partiyalar öz namizədlərini qeydiyyatdan keçirə bilər, sentyabrın 10-dan etibarən isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq.

Seçkilərin işıqlandırılması üçün mətbuat nümayəndələri sentyabrın 8-nə kimi qeydiyyatdan keçməlidir. MSK isə sentyabrın 30-na qədər səsləri saymalı və rəsmi nəticələri elan etməlidir.

Şəhər meri postuna baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyasından komediya aktyoru Ayk Marutyanın namizədliyi irəli sürüləcək. İkinci namizəd isə "Tsarukyan" parlament fraksiyasından deputat Naira Zoqrabyandır.

Xatırladaq ki, Yerevanın sabiq meri Taron Marqaryan iyulun 9-da vəzifəsindən imtina edib. Daha əvvəl paytaxtda onun istefası tələbi ilə etiraz aksiyası keçirilmişdi.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 111
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter