voicepress.az

SON DƏQİQƏ

İrəvan Bakının silahlarından narahatdır

24-07-2018, 08:44

Ermənistan ordusu Azərbaycanla müharibəyə hazırlaşır.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan çıxış edib.

Erməni nazir iddia edib ki, Azərbaycan Ordusu təmas xəttində güclənmək istiqamətində addımlar atır:

“İstəmirəm ki, Ermənistan ictimaiyyətində bizim sülhə hazırlaşdığımız haqda təəssürat yaransın. Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zaminidir. Bizim ordumuz bu istiqamətdə daim işləyir. Biz Azərbaycanla müharibəyə hazırlaşırıq”.

Tonoyan Azərbaycanın hərbi paradda nümayiş etdirdiyi silahlardan da danışıb.

“Əlbəttə, biz bu silahlardan narahat oluruq. Xüsusilə bu hərbi texnikanın necə əldə edilməsi bizi düşündürür”, - deyə o bildirib.

Erməni nazir Türkiyə və Azərbaycanın hərbi ittifaqından da narahat olduqlarını dilə gətirib:

“Bu ittifaq Ermənistan üçün narahatlığın əsas mənbəyidir. Azərbaycan ərazilərin qaytarılması ilə bağlı Ermənistanı müharibə ilə hədələyir, Türkiyə də bununla bağlı Bakıya hər cür köməklik göstərir”.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 818
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
YANPRESS


Flag Counter