voicepress.az

SON DƏQİQƏ

Nikol Bakının qara siyahısındakı şəxsə vətəndaşlıq verdi

19-07-2018, 12:04

Ermənistan Baş naziri Nikol Paşinyan Fransa parlamentinin eks-deputatı Fransua Roşbluanla görüşüb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat xidməti yayıb. Paşinyan görüş zamanı Roşbluana Ermənistan pasportu verib. O, Roşbluanın Ermənistan vətəndaşlığını almasının Ermənistan-Fransa əlaqələrinin gücləndirilməsində eks-deputat üçün yeni stimul olacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, Roşbluan erməni lobbisi ilə sıx əlaqələri olan şəxsdir. O, Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışanlardan biri hesab edilir. Fransa-Qarabağ dostluq qrupunun sədri olan eks-deputat dəfələrlə Bakıdan heç bir icazə almadan Qarabağa səfərlər edərək, burada separatçı rejimin lideriylə görüşüb.

O, 2015-ci ilin mayından Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına salınıb.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 741
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
YANPRESS


Flag Counter