voicepress.az

SON DƏQİQƏ

Xuliqanlar Paşinyanla MƏZƏLƏNDİLƏR - SƏS YAZISI

18-07-2018, 14:43

Rusiyalı telefon xuliqanları Vovan (Vladimir Kuznetsov) və Leksus (Aleksey Stolyarov) Ermənistanın baş naziri Nikol Paşinyanın adından istifadə edərək, məzələnmək üçün Avropa Komissiyasının sədri Jan-Klod Yunkerə zəng vurublar.

VOİCEPRESS.AZ xəbər verir ki, internetdə yerləşdirilən səs yazısında telefon xuliqanlarının Paşinyanın adından Yunkeri Yerevana kabab qonaqlığına dəvət etdiyi eşidilir.

“Mən sizi Yerevana dəvət etmək istəyirəm. Sizi “kabab” deyə çağırdığımız barbekyuya dəvət edirik. Düşünürəm ki, Yerevanın mərkəzində kabab bişirib, mitinq də edə bilərik”-deyə onlar Yunkerə deyiblər.

Zarafat qurbanı olduğunu anlamayan avropalı məmur isə dəvətə görə təşəkkür edib və sıx qrafik səbəbi üzündən yalnız gələn il Yerevana gələ biləcəyini deyib.
Telefon danışığı zamanı Amerikada yaşayan erməni əsilli model Kim Kardaşyan barədə də danışılıb. Yunker Kardaşyanın adını eşitdiyini deyib. Telefon xuliqanları isə Paşinyanın adından Kardaşyanın tezliklə Ermənistanın xarici işlər naziri təyin ediləcəyini xəbər veriblər.

Vovan və Lekus sonda Yunkerə Ermənistandakı inqilaba görə təşəkkür ediblər.





VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 548
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
YANPRESS


Flag Counter