voicepress.az

SON DƏQİQƏ

Paşinyan Rusiyadakı ermənilərə çağırış etdi

14-05-2018, 10:17

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 13-ü gecə saatlarında Soçi şəhərinə gedib.

VOİCEPRESS.AZ
xəbər verir ki, Müqəddəs Qriqori kilsəsində erməni miqrantlarla görüşən Paşinyan Ermənistanla Rusiya arasındakı qarşılıqlı münasibətlərin “qardaşlıq xarakterini” dəfələrlə vurğulayıb, Rusiya hakimiyyətinə erməni icmasının Rusiyada yaşamasına və işləməsinə imkan verəcək milli dostluq mühiti yaratdığı üçün təşəkkür edib.

Bununla belə, Nikol Paşinyan yeni erməni hökumətinin əsas strategiyasının ermənilərin vətənlərinə qayıtması üçün ilkin şərtlər yaratmaq məqsədi daşıdığını qeyd edib.

“Biz qardaş Rusiyaya sizin rahat yaşaya və işləyə biləcəyiniz mühit təmin etdiyi üçün təşəkkür edirik. Bununla belə, demək istəyirəm ki, sizin öz evinizə, Ermənistana qayıda bilməniz üçün də çalışacağıq”, - Paşinyan bildirib.

Erməni baş naziri varlı erməni iş adamlarını Ermənistan iqtisadiyyatına sərmayə qoymağa da çağırıb. O, “yeni Ermənistan”da hər bir investisiyanı dövlətin qoruyacağına və onlara qarşı heç bir təcavüz olmayacağına zəmanət verib.

Xatırladaq ki, Soçidə keçiriləcək Avrasiya İttifaqı zirvəsində Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə də görüşü nəzərdə tutulub.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 404
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter