voicepress.az

SON DƏQİQƏ

Ermənilər yalnız rus maşını ala bilər

9-12-2017, 18:39

Ermənistana Avrasiya İttifaqına üzv olmayan ölkələrdən avtomobil gətirilməsi qadağan edilə bilər.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb.

“Yanvarın 1-dən bu qadağa qüvvəyə minə bilər. Belə ki, bununla Avrasiya İttifaqına üzv olmayan ölkələrdən şəxsi məqsədlər üçün avtomobillərin gətirilməsi qadağan ediləcək. Buna səbəb isə Avrasiya İttifaqının intellektual mülkiyyət obyektlərinin haqlarının qorunması və mühafizəsi üzrə 5-ci protokolun 16-cı bəndi olub. Buna əsasən üzv ölkələrin ərazisində ticarət nişanının müstəsna hüququnun tükənməsi prinsipi tətbiq olunur”, – deyə qəzet bildirib.

Qeyd edək ki, Avrasiya İttifaqına Qazaxıstan, Belarus, Rusiya, Qırğızıstan və Ermənistan daxildir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 287
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter