voicepress.az

SON DƏQİQƏ

Ermənistanda uşaq bağçasında saxlanılan girovlar azad edilib

31-10-2017, 08:17

Ermənistanın Armavir şəhərində uşaq bağçasına silahlı hücum olub.

VOİCEPRESS xəbər verir ki, hadisəni bağçanın direktorunun keçmiş kürəkəni törədib. Həmin şəxs uzun müddət keçmiş həyat yoldaşı ilə görüşməyə çalışıb. Buna nail ola bilməyən kişi keçmiş qayınanasının direktor, keçmiş arvadının işçi olduğu bağçaya soyuq silahla hücum edib. O, bağçanın işçilərini və bir uşağı girov götürüb. Bir qədər sonra işçiləri azad edən şəxs uşağı girovluqda saxlamaqda davam edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları uzun danışıqlardan sonra uşağın da təhlükəsiz yerə keçməsinə nail olub və bundan sonra xüsusi vasitələrdən istifadə etməklə əməliyyata başlayıb.

Ələ keçiriləcəyini görən şəxs özünə xəsarət yetirməyə çalışıb. Lakin polis əməkdaşları buna mane olub və onu xəstəxanaya çatdırıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 022
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter