voicepress.az

SON DƏQİQƏ

Gümrüdə hərbçilər arasında dava: Xəsarət alanlar var

11-09-2017, 15:14

Ermənistanda rus hərbçilər arasında kütləvi dava baş verib.

VOİCEPRESS Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün (10 sentyabr) saat 23.30-da Ermənistanın Gümrü şəhərində qeydə alınıb. Vətəndaşların müraciətindən sonra hadisə yerinə gələn polis ağır bədən xəsarətləri alan şəxsi aşkar edib. Polislər milliyətcə rus olan 26 yaşlı Yuri Nikolayevi Gümrü tibb mərkəzinə aparıblar.

Araşdırmalar zamanı məlum olub ki, mübahisə Rusiya vətəndaşları 23 yaşlı V.Krasovski, 22 yaşlı V. Yudin, 26 yaşlı N. Qizatullayev və 26 yaşlı Y.Nikolayev arasında baş verib. Dava zamanı, Nikolyev bədən xəsarətləri alıb. Saxlanılan Qizatullayev Nikolayevi döydüyünü etiraf edib.

"Shamshyan.com"-un əldə etdiyi məlumatlara görə, dava edən şəxslər Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında manqa komandiri vəzifəsində xidmət edirlər.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 766
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter