voicepress.az

SON DƏQİQƏ

Xramçixin erməni KİV-ə danışdı: " S-500-lərin ixracı minimum 15-20 il sonra gerçəkləşə bilər"

24-08-2017, 10:44

S-500 zenit raket kompleksləri ixrac üçün nəzərdə tutulmayıb. Bu sistemlərdən heç Rusiya ordusunda belə istifadə edilmir.

VOİCEPRESS xəbər verir ki, bunu Azərbaycanın S-500 raket sistemi almaq istəyi barədə yayılan informasiyanın ermənilərdə yaratdığı təşvişi erməni mediasına şərh edən rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib.

“Yaxın gələcəkdə bu sistem heç yerə, hətta Azərbaycana belə ixrac edilməyəcək. S-500-lərin ixracı minimum 15-20 il sonra gerçəkləşə bilər. S-400-ə gəlincə isə bu sistemlər artıq satışa çıxarılıb və nəzəri olaraq Azərbaycanın onu əldə etməsi mümkündür. Lakin hazırda bu sistemlər üçün Rusiyanın böyük alıcı növbəsi var. Azərbaycan Antey-4000 sistemlərini də əldə edə bilər. Bu sistem satışa çıxarılmasa da onu əldə etmək daha rahatdır”, – deyə o bildirib.

Ekspert həmçinin Ermənistanın da yeni hava hücumundan müdafiə sistemləri almaq istədiyini, amma pulu olmadığını da bildirib:

“Ermənistan bu sistemləri Rusiyanın müttəfiqi kimi güzəştli qiymətlərlə almaq istəyir. Bu, Moskva üçün sərfəli deyil. Rusiyaya pul lazımdır, silah ticarəti isə neft və qazdan sonra ölkənin əsas gəlir mənbəyidir. Bu sistemlərin satılması Moskva üçün çox sərfəlidir”.

Qeyd edək ki, bundan öncə “İzvestiya” Rusiyanın S-500 sistemlərinə marağın artdığı haqqında məlumat yayıb. Qəzet sistemlə maraqlanan ölkələr sırasında Azərbaycanın da yer aldığını bildirib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 241
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter