voicepress.az

SON DƏQİQƏ

Qarabağda “İqla”nın qida blokunu satmaq istəyən erməni hərbçi saxlanıldı

2-08-2017, 18:43

Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilən düşmən ordusunda özbaşınalıq halları artmaqda davam edir.
Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində daha bir insident baş verib.


VOİCEPRESS-in məlumatına görə, “İqla” daşınan zenit-raket kompleksinin qida blokunu oğurlayıb satmaq istəyən əslən yezidi kürdü olan Valodya Sloyan adlı hərbi qulluqçu saxlanılıb.

Ələ keçdiyini görən V.Sloyan kompleksin qida blokunu yararsız hala salmağa nail olub.

İlkin araşdırma zamanı blokun xarab olduğunu və təmir etdirmək üçün götürdüyünü deyən V.Sloyan sonradan komandirin tapşırıqlarını yerinə yetirmək üçün pul lazım olduğundan qida blokunu satmaq məcburiyyətində qaldığını bildirib.

Hazırda Xankəndində yerləşən hərbi istintaq baş idarəsində faktla bağlı araşdırma aparılır.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 002
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter