voicepress.az

SON DƏQİQƏ

Erməni rejissor Dubayda həbs olundu

25-07-2017, 16:55

Dubayda erməni əsilli rusiyalı rejissor Arik Manukyan ev dustaqlığına məhkum edilib.

VOİCEPRESS xəbər verir ki, rejissor bu ilin mayında Əbu-Dabidə tutulub.

Manukyan qardaşı ilə bu şəhərdə tanışlarının toy videosunu Şeyx Zeyd məscidinin qarşısında çəkib. Mühafizəçilər dronla çəkiliş aparan Manukyana yaxınlaşaraq onu həbs ediblər. Çəkilişi izlədikdən sonra Manukyan həbsxanalardan birinə aparılıb. Rusiya səfirliyinin müdaxiləsindən sonra o, ev dustaqlığına məhkum edilib.

Birləşmiş Ərəb Əmirlikləri hüquq mühafizə orqanları Manukyanı məscidi və hava limanını çəkməkdə ittiham edir. Onu böyük məbləğdə cərimə və bir neçə aylıq həbs gözləyir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 952
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter