voicepress.az

SON DƏQİQƏ

Erməni hərbçilər qəzaya düşdülər - 12 yaralı

24-06-2017, 11:18

Bu gün səhər saatlarında Ermənistanın Qeğarkunik vilayətində ağır yol qəzası baş verib.

VOİCEPRESS erməni mətbuatına istinadən bildirir ki, Ermənistanın Müdafiə Nazirliyinə məxsus avtobus aşıb. Qəza 06:30 radələrində Vardenis-Darenik magistralının Daranik kəndi ərazisində qeydə alınıb.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, qəza nəticəsində müqaviləli xidmət aparan 12 hərbçi xəsarət alıb. Yaralılar hospitala köçürülüb.

Qəza baş verən zaman avtobusda 30 hərbçi olub.

Erməni KİV-lərində yer alan digər xəbərə görə, kənd yoluna mal-qaranın çıxması səbəbindən sürücü idarəetməni itirib.

Ermənistanın Hərbi Polisi faktla bağlı araşdırma aparır.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 303
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter