voicepress.az

SON DƏQİQƏ

Ermənistanda Quba almalarına görə həbs edilənlərin sayı sürətlə artır

17-05-2017, 09:15

Ermənistanda Azərbaycan almaları ətrafındakı qalmaqal davam edir. VOİCEPRESS-in “news.am” saytına istinadən verdiyi məlumata görə, artıq 8 nəfər həbs edilib.

Ermənistan Baş prokurorluğu və Xüsusi istintaq xidmətinin yaydığı məlumatda bildirilir ki, bəzi kənd təsərrufatı məhsullarını, eyni zamanda Gürcüstandan Azərbaycan almalarını ölkəyə gətirən Ermənistan vətəndaşları həbs edilib.

Onlardan 4-ü adi vətəndaş, 4-ü isə Gömrük komitəsinin əməkdaşıdır. Azərbaycan məhsullarının İrəvan bazarlarında peyda olması, hökumətdə partlayan bomba effekti verməsi və həbslərin başlaması sadə vətəndaşları da narahat etməyə başlayıb.

Belə ki, vətəndaşlar qorxuya düşüblər ki, ölkənin Milli təhlükəsizlik xidməti Quba almalarını alan vətəndaşları da izləyib və onları da həbs gözləyir. Belə çıxır ki, Ermənistanda minlərlə insanı həbs gözləyir.

İstintaq zamanı müəyyən edilib ki, Baqrataşen məntəqəsinin gömrükçüləri 2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayına qədər müəyyən məhsulların qeyri-qanuni şəkildə Ermənistana keçirilməsinə icazə veriblər. İstintaq davam edir.


Əslində isə Ermənistan Azərbaycan almalarına qadağa qoya bilməz. Bunu Ermənistan istehlakçılarının məsləhətləşmələr mərkəzinin rəhbəri, Kənd təsərrüfatı alyansının üzvü Karen Çilinqaryan deyib.

“Ermənistan Azərbaycan və ya Türkiyə məhsullarının idxalına qadağa qoya bilməz. “Ermənistan Ümumdünya ticarət təşkilatının üzvüdür. Buna görə də İrəvanın hansısa ölkənin məhsullarına qadağa qoymağa ixtiyarı yoxdur. Əgər həmin məhsullarda sanitar normalar pozulubsa, bunu edə bilər. Əks halda Ermənistan pis vəziyyətdə qalacaq”, - deyə K.Çilinqaryan bildirib.

İrəvan bazarlarında Azərbaycanın Quba rayonunda fəaliyyət göstərən “DAD Fruits” şirkətinin bağlarının məhsulu olan almaların satışı Ermənistanda "bomba effekti" yaradıb və bütün müvafiq dövlət strukturları, mətbuat Azərbaycan almalarının izinə düşüb.

Məlum olub ki, Azərbaycan almalarının Ermənistan bazarlarında satışı yeni deyilmiş və əslində “DAD” almaları İrəvanın əksər bazarlarında, supermarketlərində satılırmış.

Dövlət strukturları bu məsələyə isterik reaksiya veriblər və tələm-tələsik Azərbaycan almalarını hansı yolla ölkəyə daxil olduğunu araşdırmağa başlayıblar, habelə meyvəni bazarlardan yığışdırıb məhv edilib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 171
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter