voicepress.az

SON DƏQİQƏ

Bakıda “meydan sulayan” öküzün sahibini hansı cəza gözləyir? - VİDEO

11-08-2019, 14:53

Bakıda “meydan sulayan” öküzün sahibini hansı cəza gözləyir? - VİDEO

Avqustun 9-u günün pik saatında paytaxtın Ziya Bünyadov prospektində qeydə alınan tıxac zamanı, küçənin ortasında qəfil peyda olan öküz yol hərəkəti qaydalarını "pozub", avtomobillərin hərəkətinə mane olub.

Sosial şəbəkələrdə yayılan videodan da görünür ki, öküz vətəndaşlara və avtomobillərə ziyan vurub. Bəs, qanunvericilik nə deyir? Zərərçəkənlər dəyən ziyanın ödənilməsi üçün təzminat tələb edə bilərlərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas Cavad Cavadov bildirib ki, Mülki Məcəlləsinin (MM) 1110-cu maddəsinə (heyvanın vurduğu zərərin əvəzinin ödənilməsi) görə, sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur:

"Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Bu, Mülki Məcəllənin tələbidir. Vurduğu zərərə görə həmin heyvanın sahibi məsuliyyət daşıyır".

Hüquqşünas qeyd edib ki, Mülki Məcəllənin 1096.2.-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır və vurduğu zərəri tam həcmdə ödəməlidir:

"Həmin heyvanın avtomaşınlara və digər əmlakalara vurduğu zərərin ödənilməsi üçün vətəndaşların onun sahibinə qarşı iddia qaldırmaq hüququ var. Eyni zamanda, bu, inzibati məsuliyyətə də səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 323-cü maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulmasına görə məsuliyyət yaranır. 323.1. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının şamil edildiyi avtomobil daşımaları həyata keçirilərkən həmin qaydalarda nəzərdə tutulmuş qalaq (tökülən) yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatlarının daşınması şərtlərinin pozulmasına görə- qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir. Yəni görünən odur ki, heyvan sahibi həmin heyvanın daşınması üçün nəzərdə tutulmuş qaydaları da pozub. Bunu öz avtomobilində edibsə, əlavə məsuliyyət daşıyır, yox onu başqa avtomaşında daşıyıbsa, avtomobilin sürücüsü ilə birlikdə məsuliyyət daşıyır".

Vəkilin sözlərinə görə, bu məsələ ilə bağlı yol polisi əməkdaşları da məsuliyyətə cəlb oluna bilər: "Çünki yol pois əməkdaşları bunlara lazımi diqqət yetirmədiyinə görə intizam məsuliyyətinə cəlb edilə bilərlər. Yol polis işçilərinin məsuliyyəti ona görə mövcuddur ki, "Yol hərəkəti haqqında" Qanunun 2-ci maddəsinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi dövlətin vəzifəsidir və müvafiq icra hakimiyyətin orqanı olaraq Yol Polisi bu funksiyanı təmin edən qurumlardan biridir".















VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 376
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter