voicepress.az

SON DƏQİQƏ

Şəki Xan Sarayının qarşısındakı çinar sındı: 19 YARALI - VİDEO

14-07-2019, 13:50

Şəki Xan Sarayının qarşısındakı çinar sındı: 19 YARALI - VİDEO

Şəkiyə əsən güclü külək səbəbindən Xan Sarayının qarşısındakı ağacın budağı qırılaraq, ərazidəki insanları üstünə düşüb.

Saraya gələn ziyarətçilərin bildirdiyinə görə, hadisə nəticəsində bir çox insan xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS.AZ-a bildirilib ki, hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib:

"Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir".

Eyni zamanda qeyd olunub ki, xəstəxanadakı 2 xəstəyə görə, paytaxtdan yüksək ixtisaslı mütəxəsislər çağırılıb.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, baş vermiş hadisə ilə bağlı hazırda araşdırma aparılır:

“Turizm agentliyinin sədri və bir qrup əməkdaşı Şəkiyə yollanıblar. Hadisə nəticəsində təxminən 18 nəfərin yaralandığı barədə məlumat var. Say dəqiqləşdirilir. Ölənlər barədə isə heç bir dəqiq informasiyamız yoxdur. İctimaiyyətə geniş açıqlama veriləcək”.
















VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 690
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter