voicepress.az

SON DƏQİQƏ

Bakı polisi irlandiyalı turistin itirdiyi şəxsi əşyalarını taparaq ona qaytarıb - VİDEO

1-06-2019, 13:51

Bakı polisi irlandiyalı turistin itirdiyi şəxsi əşyalarını taparaq ona qaytarıb - VİDEO

UEFA Avropa liqasının final oyununda İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyununu izləmək üçün Bakıya gələn irlandiyalı turist Horan Philipin itirdiyi şəxsi əşyaları tapılaraq ona qaytarılıb.

VOİCEPRESS.AZ xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən İrlandiya Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Horan Philip Səbail və Nəsimi rayonu ərazilərində naməlum vəziyyətdə əl çantasını unutduğunu bildirib və onun tapılması üçün kömək istəyib.

Dostları ilə dövlət qeydiyyat nişanını unutduğu taksi ilə hərəkət etdiyini bildirən qonaq müraciətində qeyd edib ki, gecə saatlarında Nəsimi rayonu, Xətai prospektində qaldığı otelə gələrkən içərisində “Nikon” fotoaparatı, “İphone” qol saatı və “İphone-X” model mobil telefonu olan əl çantasının üzərində olmadığını aşkar edib.

Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin birgə keçirdiyi müvafiq tədbirlərlə turistin getdiyi bütün ünvanlar araşdırılaraq, itən əşyaların taksidə qaldığı müəyyən olunub. Taksi sürücüsündən həmin əşyalar təhvil alınaraq sahibinə qaytarılması təmin olunub.

İrilandiyalı qonaq polisin ona həyatı boyu unutmayacağı köməklik göstərdiyinə, operativ xidmətinə və fədakarlığına görə, minnətdarlıq edib. Azərbaycanda insanların necə qorunduğunu, necə mühafizə olunduğunu qeyd edən turist bildirib ki, bu, bir avropalı üçün Azərbaycan haqqında, Bakı haqqında bütün yüksək təəssürat yaradır.

Əbu-Dabi universitetində informasiya texnologiyaları üzrə müəllim işləyən Horan Philip gəldiyi ilk gündən polisin turistlərə necə rəftar etdiklərini, UEFA Avropa Liqasının final oyununda təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. Bildirib ki, çoxsaylı azarkeşlər üçün ən yüksək nümunəvi xidməti ilə fərqlənən polisin davranışı, geyimi, ünsiyyət qabiliyyəti o qədər yüksək səviyyədə idi ki, bu barədə yalnız xoş sözlər danışmaq olar.

“Bu gün vətənimə sevinclə qayıdıram, Azərbaycan polisinin fədakarlığı haqqında bir ömür boyu daşıyacağım gözəl xatirəni tanıdığım dostlarımla bölüşəcəyəm”, -deyə qeyd edən Horan Philip əlavə edib ki, Bakıda gördüklərim, yaşadıqlarım və göstərilən kömək qürurvericidir: “Bakı haqqında çox eşitmişdim, oxumuşdum – ancaq gördüklərimlə bir daha şahid oldum ki, mən ölkəniz haqqında yanılmamışam. Hər bir azərbaycanlı fəxr edə bilər ki, onların Vətənində fədakar, qayğıkeş polis var”.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 822
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter