voicepress.az

SON DƏQİQƏ

Koçaryanın məhkəməsində dava düşdü - VİDEO

13-05-2019, 22:22

Koçaryanın məhkəməsində dava düşdü - VİDEO

Yerevan məhkəməsində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

VOİCEPRESS.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim məhkəmə önünə toplaşan şəxslərin iclasda iştirak etməsinə icazə verib. Bu zaman iclas zalının qarşısında Koçaryanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb.

Təhlükəsizlik xidməti və polis əməkdaşları müdaxilə edərək davanın qarşısını alıblar.

Xatırladaq ki, keçmiş prezident Robert Koçaryan 2018-ci il iyulun 27-də həbs olunub.

O, 2008-ci ilin 1 mart hadisələrinə görə mühakimə edilir. Koçaryan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaqda ittiham olunur.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 289
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter