voicepress.az

SON DƏQİQƏ

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO

19-03-2019, 10:46

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO

Uzun fasilədən sonra Azərbaycanın xalq artisti, professor Ramiz Əzizbəyli yeni çəkilən filmdə baş rollardan birini ifa edib.

Bu barədə VOİCEPRESS.AZ-a filminin rejissoru Ramil Adiloğlu məlumat verib. O, bildirib ki, Ramiz Əzizbəyli səhhətiylə bağlı həkim nəzarətində olmasına baxmayaraq, “Sən anlat Hacıqabul” komediya janrında olan filmdən imtina etməyib. Əksinə, cəsarətlə çəkilişlərə qatılmağa razılıq verib:

“Ramiz müəllim çəkilişlərə qatılaraq həm maraqlı fikirləriylə, həm də yüksək sənət nümayişiylə hər bir sənətçiyə örnəkdir. O, tamaşaçıların marağına səbəb olacaq rolu canladırıb. Nəhayət ki, Ramiz Əzizbəylini sevənlər onu ekranlarda maraqlı aktyor oyunu ilə görəcəklər. Onu sevənlər çox da intizarda qalmayacaqlar. Beləliklə, film tezliklə təqdim olunacaq.”

R.Adiloğlu onu da qeyd edib ki, “Sən anlat Hacıqabul” filmi “Aşkarlanmış lent” (“Found footage”) janrında çəkilən Azərbaycanda ilk ekran əsəridir.

Filmdə digər baş rol ifaçısı isə aparıcı və aktyor Elşad Zarafatsızdır. Filmin quruluşçu rəssamı Zaur Abdullayev, montaj müəllifi Oqtay Nəbzdir.

Məlumat üçün bildirək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 493
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter