voicepress.az

SON DƏQİQƏ

Bazara yerli qızıldan hazırlanan sikkə çıxarılıb - VİDEO

9-03-2019, 09:54

Bazara yerli qızıldan hazırlanan sikkə çıxarılıb - VİDEO

Bazara yerli qızıldan hazırlanan sikkə və külçələr çıxarılıb.

VOİCEPRESS.AZ “Xəzər xəbər”ə istinadən xəbər verir ki, "Azergold" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bazarda araşdırma aparılıb və 5, 10 və 20 qramlıq qızıl sikkə və külçələrə tələbatın yüksək olduğu müəyyən edilib.

Cəmiyyətin sədr müavini Xəyyam Fərzəliyevin sözlərinə görə, ilkin mərhələdə 4400 ədəd 999,9 ayarda qızıl külçə, eləcə də qızıl və gümüş sikkələr istehsal edilərək satışa çıxarılıb. Qiymətləri isə qızıl və ya gümüş, eləcə də sikkə və ya külçə olmasından asılı olaraq 120-2550 manat arasında dəyişir.

Məqsəd yerli sahibkarlara dəstək vermək, satış nöqtələrini canlandırmaq, eləcə də tarix, mədəniyyət və incəsənətin əbədiləşdirilməsindən ibarətdir.

Təmiz yerli qızıldan olan sertifikatlaşdırılmış külçə və sikkələrin premium sinfə aid olduğu nəzərə alınaraq, satışı böyük təcrübəyə malik şirkətlərin mağazalarında təşkil edilib. Premium sinfə aid olan bir neçə şəbəkə ilə də danışıqlar davam etdirilir. İlkin mərhələdə yalnız yerli bazarda satışa çıxarılan bu qızıl məhsullarının daha sonra xarici ölkələrdə satışa planlaşdırılır.










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 512
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter