voicepress.az

SON DƏQİQƏ

“Türkiyə Fərat çayının şərqini terrorçulardan təmizləyəcək” - Çavuşoğlu

25-12-2018, 13:05

“Türkiyə Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıdır”.

VOİCEPRESS.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib. Nazir diqqətə çatdırıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “müdaxilə edəcəyik” açıqlamasından sonra, ABŞ Suriyadan çəkilməyə qərar verib:

“İndi bu çəkilmənin necə olacağı barəsində danışıqlarımızı hərbi və diplomatik səviyyədə davam etdiririk. Proses PYD-nin mövcud separatçı gündəliyinə xidmət etməməlidir. Bəlkə, ABŞ-ın YPG/PYD-yə dəstək verməsi problemi bu ölkənin Suriyadan çəkilməsi ilə kökündən həll olunar.

Türkiyə “girəcəyəm” deyərsə, həmin ərazilərə daxil olacaq. Amma ABŞ-ın çəkilmə prosesində bunu birlikdə koordinasiya edirik".

Xarici işlər naziri ABŞ Suriyadan çəkilənə qədər Münbiç yol xəritəsinin başa çatdırılması üçün Vaşinqton ilə razılaşdıqlarını deyib.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 966
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter