voicepress.az

SON DƏQİQƏ

Belyayev: "Türkiyə siyasi iradəsi və resursları sayəsində..."

18-08-2018, 08:55

Elektron avadanlıqların istehsalındakı çətinliklərə baxmayaraq, Türkiyə siyasi iradəsi və resursları sayəsində bunun öhdəsindən gələ bilər.

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri rusiyalı ekspert Mixail Belyayev bildirib.

Türkiyənin ABŞ-dan gələn elektron avadanlıqlarını boykot etməsinə münasibət bildirən Belyaev deyib:

"Heç kim Türkiyəyə mürəkkəb elektron məhsulları istehsal etməyi qadağan etmir. Ancaq elektrotexnika istehsalı maşınqayırma və elektrotexnika məhsullarının istehsalı ilə müqayisədə daha çətindir. Elektronika həm elmi baza, həm də kadr hazırlığı tələb edən bir sahədir. Ancaq aşılmayacaq əngəl yoxdur, Türkiyə artıq bu yolda ciddi addımlar atmağa başladı".

Qeyd edək ki, iri Türkiyə şirkətləri Prezident Rəcəb Tayyib Ərdoğanın Amerika istehsalı olan elektron məhsulların boykot edilməsinə çağıran çıxışından sonra "Əpl" (Apple) firmasından smartfon alışını dayandırıblar.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 826
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter