voicepress.az

SON DƏQİQƏ

PKK-çı qadından şok etiraflar

16-08-2018, 12:07

Son bir il ərzində Türkiyə hərbçilərinə təslim olan 297 PKK-çı qadının ifadələri əsasında hesabat hazırlanıb.

VOİCEPRESS.AZ xəbər verir ki, hesabatda yer alan ifadələr qruplaşmaya aid düşərgələrdə baş verən dəhşətləri ortaya çıxarıb.

“Qəndildə təcavüzə qarşı çıxdığı ya da təcavüzə məruz qaldığı üçün edam edilənlər, başlarına gələnlərə dözə bilməyərək intihar edən qadınların sümüklərini düzsələr, doğma kəndlərindən Qəndilə qədər uzanar. Qruplaşmanın qadın qoluna rəhbərlik edən qadınlar həmcinslərinin kişi liderlərin cinsi istismarına məruz qalmasına və qul kimi istifadə edilməsinə göz yumur”, - təslim olan terrorçu Silav Qarzan deyib.

Təslim olan qadın terrorçu Zozan Fırat isə daha dəhşətli faktları açıqlayıb:

“Qruplaşmadan qaçışlar artdıqca Qəndil bölgəsindəki düşərgələrdə xüsusi edam dəstələri yaradıldı. Aprel və mayda 40-a yaxın dostumuz bu dəstələrin qurbanı oldu. Bunlardan 27 nəfərin edamını telefonla da çəkiblər. Görüntüləri düşərgələrdə bizə göstərdilər”.

Rojbin Delila adlı qadın terrorçu Qəndildəki düşərgələrin qadınlar üçün əsl cəhənnəm olduğunu deyib:

“Bir qadın üçün Qəndil demək təcavüz deməkdir. Qəndildə qadın istifadə edilən bir əşyadır. Həm mənim, həm də qohumumun bədəni bunları yaşadı. İdarə heyətinin cinsi azğınlığının sərhədi yoxdur. Suriyadan qaçırılıb gətirilən uşaqlara belə təcavüz edirlər”.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 829
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter