voicepress.az

SON DƏQİQƏ

"Putinlə Ərdoğan dollardan danışdı"

15-08-2018, 20:57

Türkiyə Rusiya kimi dollar sistemindən çıxmaq məcburiyyətindədir.

VOİCEPRESS.AZ xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Yaxın Şərq üzrə eksperti İsrail Şamir çıxış edib.

Türkiyə lirəsinə tətbiq edilən əlavə vergilərin ciddi şəkildə təsir etdiyini deyən Şamir ABŞ-ın özünü hər kəsdən üstün saydığını söyləyib.

"ABŞ ilə mübahisə etmək çətindir, lakin bunu etmək lazımdır. Türkiyə Rusiya kimi dollar sistemindən çıxmaq məcburiyyətindədir. Türklər təslim olmur. Ərdoğanla Putin telefon danışığı apardı. Müzakirə edilən məsələ qarşılıqlı bütün hesabların dollardan çıxarılaraq milli valyutalara keçirilməsi oldu. Bəlkə də başqa məsələlər də müzakirə edildi, ancaq istənilən halda ABŞ siyasətçiləri təlaşa düşdü", - Şamir qeyd edib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 397
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter