voicepress.az

SON DƏQİQƏ

Türkiyə NATO-nu tərk edə bilər

15-08-2018, 10:59

Türkiyə bu ilin sonunda NATO-nu tərk edə bilər.
VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Təhlükəsizlik Akademiyasının ehtiyatda olan 10 generala hazırlatdırdığı hesabatda bildirilib.

Hesabat general Ceyms Marks və keçmiş hərbi kəşfiyyat zabiti Raçel Vaşbörnün rəhbərliyi ilə hazırlanıb və bunun üçün onlar 6 ay vaxt sərf ediblər.

Hesabatda əsas fikirlər aşağıdakı şəkildə sıralanıb:

1. Ərdoğan seçkidə qalib gəldi və hakimiyyətini möhkəmləndirməyə davam edəcək.

2. Türkiyə getdikcə dünyəvilikdən uzaqlaşır və Rusiya ilə müttəfiq olur.

3. Türkiyənin NATO-ya üzvlüyü artıq zəmanət altında deyil.

Hesabatda qeyd edilir ki, Türkiyənin İranla əlaqələrinin güclənməsi də ABŞ-ı narahat edir. Türkiyə, Rusiya və İranın Suriyada nüfuzunu artırmaq üçün bir-biri ilə mübarizə aparması bu üç ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirib. Son 6 ayda Türkiyə ilə ABŞ-ın münasibətləri daha da gərginləşib. İlin sonunda Türkiyənin alyansı tərk edəcəyi gözlənilir.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 538
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter