voicepress.az

SON DƏQİQƏ

Çavuşoğludan ABŞ-a mesaj...

13-08-2018, 15:20

Türkiyə hələ də dünyada investisiya qoyulacaq ən yaxşı ölkələrdən biridir.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu X Səfirlər Görüşündə çıxışı zamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“ABŞ-la əlaqələrimiz son dövrlərdə arzu etmədiyimiz nöqtəyə gəldi. Ölkəmizin təhlükəsizliyini maraqlandıran əsas mövzularda ABŞ rəhbərliyi konstruktiv olmaqdan imtina etdi. FETÖ məsələsində lazımi addım atmadılar. Onlar da yaxşı bilirlər ki, 15 iyulun arxasında FETÖ dayanır. Bizdən onlar daima sübut istədilər, onları lazımi sübutları da verdik, lakin bu terror təşkilatının lideri hələ də Pensilvaniyada rahat həyat yaşayır. ABŞ PYD, YPG, PKK məsələsində gözlədiyimiz addımları hələ də atmayıb. Bu, ABŞ-a qarşı düşmənçiliyi təkcə Türkiyədə deyil, dünyada da artırır.

ABŞ-ın sanksiyaları və təhdidlərini anlamaq və qəbul etmək mümkün deyil. ABŞ-ın ənənəvi dostluq əlaqələrimizə və NATO müttəfiqliyimizə sadiq qalmasını gözləyirik. ABŞ-ın hələ də daxili siyasəti ucbatından başı çox qarışıqdır. Bunların başını qarışdıran başqa məqam isə “Bu problemi Türkiyə ilə həll edək, yoxsa noyabr seçkisinə qədər davam etdirək” məsələsidir”, – deyə o bildirib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 148
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter