voicepress.az

SON DƏQİQƏ

Çavuşoğlu Brüsseldə Paşinyanı təbrik etdi

13-07-2018, 11:35

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüssel sammitində Nikol Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik edib.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, erməni nümayəndə heyəti sammitin keçirildiyi zalda oturan zaman türk nazir əvvəlcə sürətlə onların yanından keçib, daha sonra isə geri qayıdaraq, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyana yaxınlaşıb. Bundan sonra isə Çavuşoğlu Paşinyan və nümayəndə heyətinin digər üzvləri ilə görüşüb:

“O, mənimlə tanış oldu və dedi ki, Ermənistandakı prosesləri diqqətlə izləyib və bu barədə kifayət qədər məlumatı var. Daha sonra isə Çavuşoğlu məni baş nazir seçilməyim münasibətilə təbrik etdi. Bundan başqa heç bir kontaktımız olmayıb”.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 480
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
YANPRESS


Flag Counter