voicepress.az

SON DƏQİQƏ

Rus pilotunu öldürən türk Tiflisdə yaxalandı

3-07-2018, 13:05

Gürcüstanda Türkiyə vətəndaşı Serkan Qurtuluş polis tərəfindən saxlanılıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə məlumatı “Hürriyyət” yayıb. Qurtuluşun Suriyada 2015-ci ildə rus pilot Oleq Peşkovun öldürülməsində iştirak etdiyi vurğulanıb.

Türkiyə polisi bundan öncə Qurtuluşun rəhbərlik etdiyi bandaya hücum edərək 49 nəfəri saxlayıb. Lakin Qurtuluş qaçaraq Gürcüstanda gizlənə bilib. Ankara Qurtuluşu İnterpol xətti ilə axtarışa verdikdən sonra o, 29 iyunda Tiflisdə saxlanılıb.

Qeyd edək ki, Su-24 böhranı zamanı təyyarənin pilotu Oleq Peşkovun öldürülməsinə görə məsuliyyəti üzərinə Alparslan Çelik götürüb. Çelik həbs edilsə də, sonrada Peşkovu öldürmədiyini iddia edib. Məhkəmə 2017-ci ildə qanunsuz silah saxlaması iddiası ilə onu beş illik həbsə məhkum edib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 775
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter