voicepress.az

SON DƏQİQƏ

Türkiyə ərəblərə qarşı sərt bəyanat verdi

17-04-2018, 23:54

Suriyada siyasi böhranın başlamasından bəri üzərinə böyük məsuliyyət götürən Türkiyənin səylərini görməzdən gəlmək reallıqla uzlaşmır.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Ərəb Dövlətləri Liqasının türk ordusunun Afrindən çıxmasının vacibliyi ilə bağlı bəyanatına şərh verərkən deyib.

“Bəyanatda Türkiyə Silahlı Qüvvələrinin Afrindən çıxması durumunda bunun Suriya böhranına müsbət təsiri olacağının deyilməsi, “Zeytun budağı” əməliyyatının məqsəd və məramının hələ dərk edilməməsini göstərir. Bu əməliyyat Suriyanın ərazi bütövlüyünün qorunmasına xidmət edir”, - deyə Aksoy bildirib.

Qeyd edək ki, ərəb birliyi Türkiyənin Afrindən tez bir zamanda çıxmasının zəruriliyi ilə bağlı bəyanat yayımlamışdı.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 996
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter