voicepress.az

SON DƏQİQƏ

Bozdağ: "Fransa prezidentinin açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdır"

31-03-2018, 10:56

"Fransa prezidentinin Ankara ilə PYD silahlıları arasında Parisin vasitəçi kimi çıxış etməyə hazır olduğu barədə açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdan başqa bir şey deyil".

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ həmin açıqlamanı şərh edərkən deyib.

B.Bozdağ bildirib ki, Fransa prezidentinin açıqlaması Türkiyə üçün qəbulolunmazdır.

Onun sözlərinə görə, Türkiyə terrorçularla danışıqlar aparmır və bu cür niyyəti də yoxdur.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri martın 18-də iki aya yaxın davam edən "Zeytun budağı" əməliyyatı nəticəsində Suriyanın Afrin rayonunu PYD və YPG terrorçularından azad etmişdi.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 104
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter