voicepress.az

SON DƏQİQƏ

Ərdoğan Yaxın Şərqin ən nüfuzlu lideridir-Sorğu

13-12-2017, 09:00

Rusiya Yaxın Şərqdə ən nüfuzlu ölkədir.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu nəticə “Pew Research Center” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, bölgə əhalisinin 64%-i Rusiyanın nüfuzlu ölkə olduğunu bildirib. İlk üçlüyü Türkiyə (63%) və ABŞ (62%) tamamlayıb. Ondan sonrakı yerlərdə İran (53%), İsrail (46%), Səudiyyə Ərəbistanı (41%) və Misir (19%) qərarlaşıb.

Yaxın Şərqdə ən nüfuzlu dövlət başçısı isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçilib. Ərdoğanı İordaniyada respondentlərin 66%-i, Tunisdə 59%-i, Livanda 42%-i, İsraildə isə 15%-i nüfuzlu hesab edib. Ondan sonrakı yerlərdə Misir Prezidenti Əbdülfəttah Sisi və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud yer alıblar.

Sorğu iştirakçıları ən pis münasibəti İsrail Baş naziri Benyamin Netanyahu, Suriya Prezidenti Bəşər Əsəd və İran Prezidenti Həsən Ruhaniyə bəslədiklərini bildiriblər.

Qeyd edək ki, sorğuda 6204 nəfər iştirak edib. Sorğu Türkiyə, Livan, Tunis, İordaniya və İsraildə keçirilib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 120
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter