voicepress.az

SON DƏQİQƏ

PKK-nın sözçüsü Türkiyəyə təslim oldu

16-11-2017, 12:41

Suriya Demokratik Qüvvələrinin keçmiş sözcüsü Talal Sülo Cerablusa keçərək Azad Suriya Ordusuna təslim olub.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Sülo daha sonra Türkiyə Milli İstihbarat Təşkilatının nümayəndələrinə təhvil verilib. MİT onu Türkiyənin Qaziantep şəhərinə gətirib.

Qeyd edək ki, Suriya Demokratik Qüvvələri Suriyada ABŞ tərəfindən yaradılıb. Bu təşkilatın böyük hissəsini PKK-nın Suriya qolu olan YPG terror təşkilatı təşkil edir.

Sülo əslən Suriya türkmanıdır. Suriya vətəndaş müharibəsinin başlanğıcında o, ABŞ və Türkiyənin dəstəklədiyi suriyalı türkmanlardan formalaşan Səlcuqlu Tuqayının rəhbəri olmuşdu. ASO ilə fikir ayrılığı yaşadıqdan sonra YPG-yə qatılmışdı. YPG onu özünün siyasi məqsədləri üçün istifadə edərək, yeni yaradılan Suriya Demokratik Qüvvələrinin əsas siması etmişdi.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 102
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter