voicepress.az

SON DƏQİQƏ

Ankarada Putin-Ərdoğan görüşü başladı

28-09-2017, 20:37

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.

VOİCEPRESS
bildirir ki, görüş Beştəpədəki prezident iqamətgahında keçirilir.

Məlumata görə, dövlət başçıları İraqda keçirilən "referendumu", Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

Bundan başqa, prezidentlər Rusiyanın "S-400" zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, "Türk axını" layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə edəcək.

Görüşdən sonra R.T.Ərdoğan və V.Putin birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb.

20:30

Türkiyəyə işgüzar səfərə başlayan Rusiya prezidenti Vladimir Putin Ankaradadır.

VOİCEPRESS bildirir ki, V.Putin Prezident Sarayında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentlər İraqın kürd muxtariyyətində müstəqilliklə bağlı keçirilən referendumu, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 976
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
YANPRESS


Flag Counter