voicepress.az

SON DƏQİQƏ

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında gözlənilən dəyişikliklərin SƏBƏBLƏRİ

17-08-2017, 14:56

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi təşkilatlarında gözlənilən dəyişikliklər partiyanın zəifləməsi və xalqın siyasi tələblərinə cavab verə bilməməsindən deyil, günün tələbindən irəli gəlir.
VOİCEPRESS bildirir ki, bunu trend-ə Türkiyənin daxili və xarici siyasəti üzrə ekspert Atılqan Bayar deyib.

A.Bayar qeyd edib ki, AKP-nin siyasi təşkilatları Türkiyə siyasi tarixində xalqın maraqlarına xidmət baxımından ciddi nailiyyətlər əldə edib: "Lakin hazırda bəzi səbəblər var ki, partiyada dəyişikliklər edilməsini zəruri edir".

Ekspert hesab edir ki, bu səbəblərdən biri də partiyanı Fəthullah Gülən hərəkatının (FETÖ) tərəfdarlarından təmizləməkdir: "Digər səbəb isə AKP-nin yeni, gənc və daha aktiv kadrlara ehtiyacının olmasıdır".

O əlavə edib ki, Türkiyədə seçicilərin 30%-i gənc, yəni yaşı 35-dən aşağı olan seçicilərdir və bunu nəzərə alaraq, hakim partiya gənc nəslin maraqlarına xidmət edən dəyişiklikləri həyata keçirməlidir.

A.Bayarın fikrincə, başqa bir səbəb bu ilin aprel ayında keçirilən referendumdan sonra Türkiyənin yeni siyasi mərhələyə qədəm qoymasıdır. Belə ki, artıq Türkiyə prezident idarəçiliyinə keçəcək.



Ekspert xatırladıb ki, 2019-cu ildə Türkiyədə parlament, bələdiyyə və prezident seçkiləri keçiriləcək:

"Seçkilərdə qalib gəlmək istəyən partiya seçicilərin ən azı 50%-dən çox səsini toplamalıdır. Bu isə onu söyləməyə əsas verir ki, siyasi partiyalar, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan xalq arasında nüfuzu olan siyasi fiqurlara üstünlük verməli olacaqlar. Artıq xalqın tələbi partiyanın maraqlarının önünə keçəcək".

O hesab edir ki, AKP-nin siyasi təşkilatlarının ən azı 50 faizində dəyişikliklər gözlənilir: "2019-cu ildəki seçkilərə qədər dəyişikliklərin bəzi millət vəkillərindən də yan keçməyəcəyini düşünürəm. Artıq bu gün hakim partiyadan olan bəzi millət vəkilləri ilə Prezident Ərdoğan arasında bir baryerin olduğu görünür. Bu millət vəkillərinin bir vaxtlar Milliyyətçi Hərəkat Partiyasından xaric edilən Meral Akşenerin siyasi partiyasına qatılacağı da istisna deyil".

Ekspert bildirib ki, dəyişikliklərin məzmunu bəzi media qurumlarında da öz əksini tapacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) irimiqyaslı dəyişikliklərə ehtiyacı olduğunu bildirmişdi. O bildirib ki, AKP-də dəyişikliklər sayəsində ölkənin həm daxili, həm də xarici siyasətində artıq ciddi nəticələr əldə olunub.

Bununla belə, dövlət başçısı deyib ki, hakim partiyanın tarixində ilk dəfə olaraq irimiqyaslı dəyişikliklərə ehtiyac var.

Xatırladaq ki, AKP 2001-ci il avqustun 14-də yaradılıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 868
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter