ETSN: Şuşa və Hadrutla bağlı topoqrafik xəritə hazırlanır

0
24

“İşğaldan azad olunan ərazilərdə monitorinqlər üçün ən müasir cihazlardan ibarət səyyar laboratoriya əldə olunub”.

VOİCEPRESS-in məlumatına görə, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, Şuşa və Hadrutla bağlı topoqrafik xəritə hazırlanır.

Növbəti mərhələdə digər ərazilərlə bağlı da topoqrafik xəritələr yaradılacaq.