voicepress.az

SON DƏQİQƏ

Nəsib Məhəmməliyev: “Əsas odur ki, təyin olunan kadr özünü doğrultsun…”

25-10-2019, 21:43



VOİCEPRESS Beynəlxalq İnformasiya Bürosunun son hadisələrlə bağlı yetəri qədər ağır suallarını millət vəkili Nəsib Məhəmməliyev cavablandırdı. Olduqca maraqlı müsahibəni təqdim edirik:

-Nəsib müəllim, əldə etdiyimiz məlumata görə, ermeniler Şuşa məscidini restavrasiya edib orada İran–Ermənistan Mədəniyyət Mərkəzi açıblar. Bizim rəsmilər tərəfindən İrana bu məsələ ilə bağlı heç bir nota göndərilməməsi bir tərəfə, heç kim tərəfindən bu məsələ gündəmə belə gətirilmədi. Buna səbəb nədir?

-Təxminən bir ay əvvəl İran parlamentinin deputatlarından biri öz çıxışında təəsüflə bildirmişdi ki, bir dövlət olaraq, Kəşmir məsələsində müsəlmanlara dəstək vermədik. Dağlıq Qarabağ məsələsində isə azərbaycanlılar haqlı olsalar da, biz işğalçı ermənilərə yardım etdik. Mənə elə gəlir ki, sizin sualın cavabı həmin çıxışdadır. Hal hazırda Azərbaycanın İranla birgə həyata keçirdiyi iri miqyaslı iqtisadi layihələr mövcuddur. Onların icrası Ermənistandan başqa, bütün reqion ölkələlərinin inkişafına xidmət edəcək. Düşünürəm ki, Şuşa cümə məscidinin restavrasiyası ilə bağlı nota verilməsi ümumi işə ziyan gətirərdi. Hansı adın qoyulmasından asılı olmayaraq, həmin məscid beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın tarixi memarlıq abidəsi kimi tanınmışdır. İnşallah torpaqlarımız azad olunandan sonra haqq ədalət öz yerini tutacaq.

-Amsterdam Universitetində bir ermeni araştırmacı “Ziya Bünyadov ilə Azərbaycan’ın uydurulmuş keçmişi” adlı elmi işlə diplom mudafiə edib. Ama maraqlı məqam ondadır ki, Azərbaycan Elmlər Akademiyası bu məsələ ilə bağlı heç bir reaksiya vermədiyi halda, AMEA-nın prezidentinin istefası gündəmi zəbt edən məsələyə çevrilir. Digər tərəfdən nə xarici işlər nazirliyi, nə də Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən bu məsələyə münasibət bildirilmədi. Bu haqda fikirləriniz düşünürəm ki, maraqlı olardı…

- Ermənilər mərhum akademik, Sovet İttifaqı qəhrəmanı Ziya Bünyadovdan hələ, SSRİ dövründə də qorxurdular. Uzun illər keçməsinə baxmayaraq dünya səviyyəli tarixçi alimin ruhu onlara rahatlıq vermir. Ermənilərin xisləti bütün dünyaya bəllidir. Artıq yüz ildən artıqdır ki, soyqırımla bağlı yalanlar uydurur, həyasızcasına Türkiyə əleyhinə təbliğat aparır və böyük ölkələrinin əlində vasitəyə çevrilirlər. Razıyam ki, XİN-i, səfirliklərimiz belə məsələrdə diqqətli olmalı və operativ şəkildə aidiyyəti orqanlara etirazlarını bildirməlidirlər.

- Bir çox ermeni metbuatı Azərbaycan Prezidentinin Soçi görüşündə Dağlq Qarabağ xalqı yox, Dağlıq Qarabağ nüfusu deyə bir söz ifadə etməsinə fərqli anlamlar yükləyərək, şərh edirlər. Buna aydınlıq gətirmənizi istərdim. Qeyd edim ki, Türk dilində xalq, nüfus, əhali, sakin, bunlar ümumi olaraq, sinonim sözlər sayılır...

- Otuz ilə yaxındır ki, iki dövlət arasında, digər sahələrdə olduğu kimi, informasiya sahəsində də müharibə gedir. Prezident İlham Əliyev “Valday,” diskussiya klubunda, dünyanın 80 ölkəsindən dövlət və hökumət başçılarının, akademik dairələrinin, siyasətçilərin iştirakı ilə keçirilən tədbirdə, Paşinyanın Qarabağ separatçılarının qarşısında qoyduğu nöqtəyə “Qarabağ Azərbaycandır” sözləri ilə nida işarəsi qoydu. Digər tərəfdən qeyd edim ki, Dağlıq Qarabağ BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Təəssüf ki, dünyada mövcud olan ikili standartlar hələlik imkan vermir ki, Azərbaycan əsgəri qısa bir zamanda öz müqəddəs vəzifəsini yerinə yetirsin. Hesab edirəm o gün uzaqda deyil.

-Nəsib müəllim, dünyanın hər yerində, Makedoniyada, Türkiyədə və bir çox belə başqa dövlətlərdə Mətbuat nazirliyi deyə bir dövlət rəsmi qurumu fəaliyyət göstərir və ümumilikdə ölkənin bütün informasiya şəbəkəsinin vahid dövlət qurumu tərəfindən tənzimlənməsi və idarə olunması həyata keçirilir. Bizim kimi müharibə şəraitində yaşayan bir ölkədə belə bir nazirliyin yaradılmasına ehtiyac yoxdur mu gərçəkdən? Bir müstəqil dövlət olaraq, “Mətbuat Şurası” kimi qeyri hökümət təşkilatı ilə beynəlxalq informasiya müharibələri, savaşları aparıla bilərmi sizcə?

- Azərbaycanda mətbuat nazirliyi ötən əsrin 90-cı illərində olmuşdur. Onsuz da bizdə nazirliklərin sayı lazım olandan çoxdur. Buna görə Prezident struktur islahatlarına start vermişdir. Hesab edirəm ki, mətbuat nazirliyinin yaradılmasına ehtiyac yoxdur. Amma informasiya müharibəsini daha effektiv şəkildə aparmaq üçün müəyyən mənada sizinlə razılaşıram.

-Bu gün Azərbaycanın daxili siyasi arenasında çox böyük kadr islahatları aparılır. Amma bir maraqlı tendensiya var. Yaşları yetmiş olsada hələ ötən il yüksək posta təyinat alan kadrlar, bu il yaşlıdır deyə istefaya göndərilir. Sizcə o kadrların yaşlı olmasını təsbit etmək üçün bizə bir ilmi gərəkirdi? Qeyd edim ki, bir çox təyinatlar millət vəkillərinin səsi ilə təyin olunur…

-Kadr islahatlarının aparılması Prezidentin müstəsna səlahiyyətinə aid məsələdir və dövlət, xalq qarşısında ən çox məsuliyyət daşıdığı üçün, eyni zamanda kifayət qədər informasiya mənbələrinə malik olduğu üçün, hansı islahatın nə vaxt keçirilməsini, düşünürəm ki, daha yaxşı bilir. Parlamentdə çoxluq təşkil edən partiya olaraq təbii ki, prezidentin təqdim etdiyi kadrların təyinatına müsbət yanaşırıq. Bu təbii və qanuna uyğun haldır.

-Bu gün dünyanın hər yerində müxalif düşərgədə olan prespektivli və yetəri qədər ağıllı insanlar vəzifəyə gətirilir. Biz bu praktikanı Ukrayna və Gürcüstanda da müşahidə etdik. Təbii ki, söhbət radikal müxalifətdən getmir. Amma bu tendensiya sizə elə gəlmirmi ki, Azərbaycandakı son olaylardan sonra tətbiq edilməsi, xarici qüvvələrin Azərbaycan daxilində sabitliyin pozulmasına dair planlarını suya düşürmüş olar, həm də, bir qədər ədalətli, eləcədə strateji bir addım olardı?


-Hər bir ölkənin özünəməxsus inkişaf yolu, dövlət idarə etmə prinsipləri var. Əsas odur ki, təyin olunan kadr, özünü doğrultsun. Biz də bir çox kadrlar siyasi mənsubiyyətlərinə baxmayaraq mühüm dövlət vəzifələrinə təyin olunublar. Radikal müxalifət istisna olmaqla burada hansısa problem görmürəm.





Ülkər Fərmanqızı
Eksklüziv olaraq VOİCEPRESS üçün


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 196
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter