voicepress.az

SON DƏQİQƏ

Rafael Cəbrayılov: "Ermənistanın "yararsız vasitə"yə çevrilməsinə az qalıb..."

24-01-2017, 19:30

VOİCEPRESS.AZ Millət vəkili Rafael Cəbrayılovla müsahibəni təqdim edir:

-Ermənistan prezidenti Sarkisyanın "Daglıq Qarabag məsələsini nə Azərbaycan, nə də Ermənistan həll etməyə qadir deyil" fikri sizcə nəyə əsaslanır? Sizcə bu münaqişədə üçüncü tərəflərin maraqlı olduqlarına dəlalət etmirmi?


- Dünyanın fövqəldövlətləri geosiyasi maraqlarını təmin etmək üçün nüfuz dairələri uğrunda kəskin mübarizə aparırlar. Hər hansısa bir regionda möhkəmlənmək və bu regiondakı dövlətləri öz təsiri altında saxlamaq üçün ən yaxşı üsul yeni münaqişə ocaqlarının yaradılması, habelə mövcud münaqişə ocaqlarının həll edilməsinə imkan vermədən münaqişənin yaxşı halda "konservləşdirilməsi"nə nail olmaqdır. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi də istisna təşkil etmir. Heç kim üçün sirr deyil ki, Ermənistan vassal dövlət səviyyəsindən də, aşağıdadır və Rusiyanın "forpost"u hesab edilir. Bu münaqişənin həlli isə Azərbaycan və Ermənistandan asılı deyil. Belə olsaydı, Azərbaycan qısa müddət ərzində öz torpaqlarını işğaldan azad edərdi. Bunu keçən ilin aprel döyüşləri də, əyani şəkildə sübut etdi. Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmaqla "status-kvo"nu qoruyub saxlamağa calışması, məhz Rusiyanın siyasi iradəsinin ifadəsidir. Dağlıq Qarabağ probleminin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın belə bir mövqe tutması deyilənlərə sübutdur. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bu yaxınlarda məlum bəyanatı Rusiyanın əsl məqsədini bir daha təsdiqləyir. Rusiya bu regionda öz geosiyasi maraqlarını təmin etmək üçün Ermənistandan iyrənc vasitə kimi istifadə edir. Amma hər kəsə məlum bir həqiqətdir ki, hər hansı bir "vasitə" tarixin bütün dönəmlərində istifadəyə yararlı olmur. Ermənistanın da, "yararsız vasitə"yə çevriləcəyi gün uzaqda deyil. Son 25 ildə tarix bu həqiqəti dəfələrlə təsdiqləyib.



-Bizə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşması bəlli ikən Azərbaycan jurnalistinin bu ikili standartlara "stop" deməyi bacarması və açıq etirafa nail olması niyə qınaq obyekltinə çevrilir?


-Azərbaycan jurnalistinin Sergey Lavrovdan bu etirafı etməsinə nail olması jurnalistin peşə məharətidir. Onu qınamaq yox, əksinə alqışlamaq lazımdır. Siyasətdən uzaq olan bir çox vətəndaşlarımız bəlkə də, Rusiyanın belə mövqe tutmasına inanmırdılar. Amma Lavrovun bu etirafı həmin insanların bu problemin həlli ilə bağlı düşüncələrinə aydınlıq gətirdi. Birdə ki, Lavrov kimi böyük təcrübəyə malik bir siyasətçinin öz ölkəsinin "pərdəarxası" siyasi mövqeyini açıqlamasını jurnalistə günah hesab etmək nə dərəcədə doğrudur?


- Sizcə Lavrovun cavabı Azərbaycan və ya dünya ictimaiyyəti üçün bir yenilik idimi?

- O, istəsə də, öz mövqeyini deyə bilməz. O, rəsmi şəxsdir. Lavrov Rusiyanın mövqeyini deyib. Bu bizim xalqa bir mesaj idi ki, o da, səsləndi. Digər tərəfdən də o, deyə bilər ki, mən hüquqi baxımdan da, düz demişəm. Çünki bu problemin həlli Minsk qrupuna tapşırılıb.



- Suriya nizamlanmasına görə 23 yanvarda keçirilən Astana görüşü sizcə nə qədər məhsuldar olacaq?

-Suriya münaqişəsinə, habele o regiondakı kütləvi insan ölümləri ilə nəticələnən münaqişələrə dünyanın seyrici qalması bütövlükdə insanliğa şərəf gətirmir. Fövqəldövlətlərin geosiyasi maraqlarının insani dəyərlərdən üstün tutulmasına son qoymaq lazımdır. İnsani dəyərlərin, insan həyatının geosiyasi maraqlara qurban verilməsi son dövrdə iyrənc bir şəkil alıb. Bu görüş ciddi şəkildə həmin münaqişələrin həlli istiqamətində mühüm addım olmalıdır. Təbii ki, fövqəldövlətlər münaqişənin tənzimlənməsinə çalışmaq "illyuziyasi" yaratmırlarsa. Görüş baş tutandan sonra bu məsələyə yenidən qayıtmaq mümkündür.




Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 16 496
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter