voicepress.az

SON DƏQİQƏ

BMT-nin Baş Katibi Paşinyanla söhbətdə prinsipsizlik göstərdi...

27-09-2019, 17:49


Paşinyanın Baş nazirlik dövründə BMT-də yalan və saxtakarlıq dolu ikinci çıxışını da eşitdik.Ötən il 73-cü sessiyada da belə yalan dolu çıxış etmişdi. Onun birinci çıxışının BMT çərçivəsində nisbətən diqqət cəlb edə bilmək ehtimalı ona görə var idi ki,Paşinyan böyük hay-küy və vədlərlə gəldiyi üçün hələ nə dünya,nə də öz xalqı onu yaxşı tanımır, nəyə qadir olduğunu bilmirdilər.

Danışdığı Qarabağ yalanlarının fərqinə varmadan danışır, kimlərisə inandırdığını düşünərək dil qəfəsə qoymur.Ondan əvvəlki Serj Sarkisyan da eynən belə idi,abır-haya bilmədən yalanı yalana calayırdı.2015 -ci ildə onun BMT Baş Məclisindəki çıxışı yəqin xatırlanır.Bu sessiya ərafəsində Qazaxda təxribatla neçə Azərbaycan hərbçisinin həyatına son qoysa da, öz torpağını qorumaq vəzifəsini icra edən azərbaycanlı gəncləri utanmadan təxribatçı adlandırmışdi.

Doğrudur,bizimkilər tərəfindən dərsini tutarlı şəkildə aldı.Bu dəfə isə Paşinyanın dərsini Hikmət Hacızadə necə lazımdırsa verdi.Ancaq onlar yenə danışırlar və hələ bundan sonra da danışacaqlar.

Paşinyanın cavabını ilk növbədə Baş Katib Quttereş verməlidi idi...Halbuki Paşinyanla görüşdə onun demokratiya nağıllarına çox lüzumsuz və rüsvayçı formada dözümlü yanaşdı.Bircə kəlmə soruşmadı ki, Paşinyan, bizim Təhlükəsizlik Şurasının Qarabağ barədə 4 məşhur qətnaməsini 26 ildir niyə icra etmirsiniz?!

Quttereş də BMT-nin nüfuzunu Paşinyanın ayaqlarının altına atdı.




Aydın Quliyev - Bakı Xəbər qəzeti
VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 287
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter