voicepress.az

SON DƏQİQƏ

Heydər Əliyevin “Dünya Azərbaycanlılarının Həmrəyliy”i ideyalogiyasına kimlər qarşı çıxır?

19-08-2019, 18:30


Bu günlərdə Azərbaycanda bəzi strukturlar arasında gedən soyuq müharibə artıq dövlətin hüdudlarından kənarda da hiss edilir. Milli və mənəvi bərabərlik, həmrəylik, lobbiçilik anlayışını möhkəmlətmək və aktuallaşdırmaq gərəkirkən, bəzi strukturlar üçün mübarizə sadəcə “kreslo və vəzifə” uğrunda aparılan ölüm-dirim məsələsindən ibarətdir. Pul və vəzifə düşkünü olan bəzi strukturlar tariximizin hər dönəmində şaxmat oyunundakı “peşka” rolunu icra etməkdən çəkinməyiblər. Ama zəmanə və dövr dəyişir. İndi “peşka” olmaq üçün belə daha çox məntiqi bilgi və düşünülmüş həmlələrə sahib olmaq lazımdır. Artıq adi, sıradan “peşkalıq” edənlərin riyakar niyətlərini görmək o qədər də çətin deyil.

Bir çox media organları bu gün finans qaynağı axtarmaq məqsədi ilə ya qara piyar aparır, ya da ölüyə tərif oxuyan kimi kiminsə pulunu alıb ona tərifin biri beş qəpikdən bütün saytlarda çeşit çeşit yayınlara başlayır. Finans qaynağı tapan kimi, sifariş əsasında kiminsə ünvanına silsilə yazılar yazılır. Bu əslində siyasi medianın kirli çamaşırlarıdır. Onlar hər bir dönəmdə olub, var və olacaqdır. Ama daha günü gündən inkişaf edən sosial medianı əfsuslar olsun ki, biz Azərbaycan həqiqətlərini dünya miqyasında duyurmaqdan çox, il boyu öz azerbaycanlılarımızın ayağının altını qazımaq, özümüzünküləri biyabır etmək, ifşa etmək kimi məsələləri ictimailəşdirmək üçün istifadə edirik.

Sabir demişkən, “Kim nə deyər bizdə olan qeyrətə, Qeyrətimiz bəlli bütün millətə...”

Biz işğal altında olan torpaqlarımızda sözün əsl mənasında kef edən, Şuşamızda, Xanəndimizdə, Kəlbəcərimizdə turist qəbul edən erməniləri Azərbaycana gətirib, paytaxt Bakıda onlarla çörək kəsib, bütün şəhidlərin və Zəhranın timsalında ermənilər tərəfindən qətlə yetirilən bütün soydaşlarımızın ruhunu təhqir edərək, selfi çəkdirməyimizi belə utanmadan, qızarmadaq sosial şəbəkələrdə reklam edəcək qədər arsızlaşmışıq.
Ən abırsızı isə odur ki, biz bu boyda tiri öz gözümüzdə görmürük. Görmək istəmirik. Millətlər var ki, tarixlərində bir nəfər belə ziyalı şəxsiyyətin ismini çəkmək mümkün deyil. Bu gün isə biz sosial şəbəkələrdə barmaqla sayılacaq qədər dünyaşöhrətli ziyalılarımızın gözündə qıl axtarıb onları sosial şəbəkələrdə ifşa etməyi özümüzə “kişilik” hesab edirik.

Azərbaycanı bu gün Məmmədəmin Rəsulzadə, Əbülfəz Elçibəy, Heydər Əliyev platformalarına ayırarak, ilin sonunda sadəcə ildə bir dəfə həmrəylikdən danışmağımızın özü biyabırçılıqdır. Kiçik Azərbaycanın böyük tarixini onun tarixin hər dönəmində gərəkən dəstəyi verə bilən böyük ziyalıları yazmışdır. Budur milli idealogiya! Uşaqlarımız bununla böyüməlidir.

Bəzi yerli strukturların apardığı ayrımçılıq idealogiyası birmənalı olaraq hazırda Azərbaycanda tətbiq edilən psixoloji erməni terrorudur. Ulu Öndər Heydər Əliyev bu kimi tendensiyaların zaman zaman başımıza gələcəği prognozu ilə həmrəy olmağı bizə nəsihət etmişdi.

Ermənistanın öz azərbaycanlılarımız arasında ədavət salaraq, psixoloji terror siyasətini tətbiq etməsinə yol verən bəzi vəzifə düşkünü olan yerli strukturlar ifşa olunmalı və Azərbaycanın bütün, milli, mənəvi, birlik və bərabərlik idealogiyasına zidd olan fikirlərin qarşısı alınmalıdır.

Bu gün Ermənistan lobbiçiliyindən və aktiv diapora propaqandalarından danışarkən, onların Ermənistan dövləti tərəfindən deyil, başqa başqa ölkələrdə yaşayan erməni əsilli milyonçularının sayəsində fəaliyyət göstərdikləri də, danılmaz bir faktdır. Biz isə bu tendensiyanı öz milli və mənəvi maraqlarımız çərçivəsində həllini həyata keçirmək əvəzinə, Azərbaycanı dövlətin hüdudlarından kənarda tanıdan milyonçularımıza təhqir və böhtanlar yağdırmağı özümüzə şərəf sayırıq.

Bu gün Azərbaycanda Heydər Əliyev tərəfindən əsası qoyulan soydaşlarımızın həmrəyliyi, birlik və bərabərlik idealogiyasına zidd olan ayrımçılıq, düşmançılıq və ədavət prinsipinə xidmət edən psixoloji erməni terroru siyasəti aparılır. Bu olduqca ciddi bir məsələdir. Qara piyar deyib, “peşkalardan” istifadə edərək, həyata keçirilən bir əməliyat deyil. Uzun müddətdir, davam edən, silsilə xarakteri daşıyan, birmənalı olaraq Azərbaycan ziyalılarını sıradan çıxartmaq məqsədinə xidmət edən bir əməliyatdır.

Bu gün Azərbaycanda başladılan psixoloji erməni terroru siyasi propaqandası eyniylə 20 noyabr 1991 ci ildə Azərbaycan ziyalılarından ibarət helikopterin partladılması və Azərbaycan ziyalılarının aşikar yox edilməsinin yeni bir mərhələsi kimi qiymətləndirilməlidir.

Sadəcə fərq ondan ibarətdir ki, burada ziyalılarımızın sıradan çıxarılması əməliyatı soyuq müharibə formatında aparılır. Hərçənd ki, bu gün nəhəng dövlətlər arasındakı müharibələr iqtisadi ataklar və soyug müharibə şəklində gedir. Bu isə media organlarında tirajlanan məqalələrdə və dünya liderlərinin “Twitter” hesablarında öz əksini tapır.

Media organlarına maliyə dəstəyi göstərərək, Ermənistanın psixoloji terror siyasətinə xidmət edən silsilə yazılar tirajlayan media organlar nəzarətə götürməli, sosial şəbəkələrdə birlik və bərabərlik ideyalogiyasına zidd olan paylaşımlar, milli ədavət prinsipinə xidmət edən əsassız iftira atan hər kəs məsuliyətə cəlb olunmalıdır.

Azərbaycanın birlik və bərabərlik ideyalogiyasına zidd olan Ermənistanın apardığı psixoloji terror siyasətinə dur deməyi bacarmalıyıq! Birlik və bərabərliyə zidd olan yazı və məqalələrin tirajlanmasını durdurmalıyıq!



Ülkər Fərmanqızı

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 402
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter